23 sentyabr tarixində Parkİnn otelində Spectra şirkəti və infrastruktur obyektlərinin layihələndirməsi, tikintisi və istismarı üzrə proqram təminatının seminarını keçirmişdir

23 sentyabr tarixində Parkİnn otelində Spectra şirkəti və infrastruktur obyektlərinin layihələndirməsi, tikintisi və istismarı üzrə proqram təminatının beynəlxalq təchizatçısı olan Bentley Systems şirkəti birlikdə seminar keçirmişdir. Seminar zamanı mühəndis-layihə qruplarında informasiyanın idarə olunmasının təşkili, onun yerləşdirilməsi və layihələrə baxılması məsələləri nəzərdən keçirilmişdir. Bundan başqa, Ivara bazasında sənaye müəssisələrinin yenidənqurulma və modernləşdirilməsi zamanı nöqtələr buludlarının istifadəsi haqda məlumat verilmişdir.

Seminar iştirakçıları ProjectWise sistemi ilə də tanış oldular və müxtəlif konfiqurasiyalı və miqyaslı layihələrin icrası zamanı ProjectWise-ın tətbiqinin necə  işin səmərəliliyini artırdığı və xərcləri azaltdığı barədə məlumat aldılar.

Bentley Systems-in Azərbaycandakı səlahiyyətli nümayəndəsi, Spectra şirkətinin baş direktoru vendorun məhsullarının ölkə qurumlarında uğurlu istifadə nümunələrindən və gələcək əməkdaşlığın inkişaf planlarından, həmçinin Azərbaycan Memarlıq və İnşaat Universitetində planlaşdırılan tədbirlər  haqqında danışdı.

09.06.2016