Azərbaycan Memarlıq və İnşaat Universteti və “BentleySystems”(www.bentley.com)şirkəti arasında mövcud əməkdaşlıq razılığı çərçivəsində və onun yerli partnyoru olan “Spectra” (www.spectra.az) şirkətinin də dəstəyi ilə 7-9 iyul 2015-cil il tarixlərində universitetin müəllim heyətinə su təchizatı sisteminin modelləşdirilməsi üçün şirkətin həllərinin təlimi keçirilmişdir. Təlim zamanı dinləyicilər WaterGEMS proqram təminatının su şəbəkəsinin layihələndirilməsi, hidravlik hesablamaların yerinə yetirilməsi, şəbəkənin analizi və optimallaşdırılması imkanları ilə tanış oldular; praktik məşğələlər yerinə yetirildi.
“Bentley Systems” texnologiyaları bütün dünyada aparıcı layihə və istismar təşkilatları arasında, praktik olaraq xalq təsərrüfatının bütün sahələrini əhatə edən infrastruktur obyektlərinin effektivliyinin artırılması üçün çox geniş istifadə olunur. Nəzərdə tutulmuşdur ki, təlim zamanı müəllimlər tərəfindən əldə olunan biliklər, tədrisin keyfiyyət və aktuallığının artırılmasına imkan verəcək və tələbələrin texnoloji hazırlığının ən yaxşı dünya standartlarına uyğunluğunu təmin edəcəkdir. Gələcəkdə universitet müəllimlərinin “Bentley Systems”in digər fəailiyyət sahələri üçün də həllərinin müntəzəm təlimləri planlaşdırılır.
09.06.2016