“Spectra” şirkəti “Geoməkan texnologiyaları” mövzusunda təqdimat keçirdi

22 yanvar 2016-cı il tarixində “Spectra” şirkəti Qərb Universitetində şirkətlə universitet arasında əməkdaşlığın əsasını qoyaraq, “Geoməkan texnologiyaları” mövzusunda təqdimat keçirdi. Təqdimat zamanı dinləyicilərə geomatikanın əsasları və bu sahədəki texnologiyalar, həmçinin geoinformasiya sistemlərinin tədbiq sahələri haqqında bilgi verildi. Xüsusilə, kartoqrafiya və coğrafi informasiyaların təsfiri metodları haqqında danışıldı. Fotoşəkillər vasitəsilə 3-ölçülü modellərin qurulmasının müasir metoduna – fotoqrammetriyaya xüsusi diqqət yetirildi. Bundan başqa, tədbirin iştirakçılar “Spectra” şirkəti tərəfidən təqdim edilən informasiya, CİS, kartoqrafiya və fotoqrammetriya texnologiyaları haqqında öyrəndilər.

09.06.2016