Coğrafi İnformasiya Sistemləri (CİS)

Coğrafi İnformasiya Sistemləri (CİS) - məkan (coğrafi) məlumatlarının və onlarla bağlı lazımi obyektlər barədə informasiyanın toplanması, saxlanması, təhlili və qrafik vizuallaşdırması sistemidir.

 

CİS-in əsas istifadə sahələri:

Şəhər və regional planlaşdırılma: su təchizatı və kanalizasiya şəbəkələrində tələbatın qiymətləndirilməsi, mühəndis şəbəkələrinin layihələndirilməsi, mühəndis şəbəkələrinin vəziyyətinin monitorinqi və qəza hallarının qarşısının alınması, şəhərsalma və layihələndirmə.

İqtisadi inkişaf: CİS-proqramları konkret sahənin iqtisadiyyatına təsir edən bütün sosial, iqtisadi və topoqrafik xüsusiyyətlərin ətraflı təhlilini təmin edir.

Fövqəladə hallar və təbii fəlakətlərin aradan qaldırılması: Təbii mühitin vəziyyətinin monitorinqi və qiymətləndirilməsi, ekoloji fəlakətlərin modelləşdirilməsi və onların fəsadlarının təhlili, təbiətin mühafizəsi üzrə tədbirlərin planlaşdırılması.

Hüquq-mühafizə orqanları və güc idarələri: Xilasetmə əməliyyatları və mühafizə tədbirlərinin planlaşdırılması, fövqəladə halların modelləşdirilməsi, hərbi əməliyyatların strateji və taktiki planlaşdırılması,  çevik müdaxilə xidmətlərinin və digər güc qurumlarının naviqasiyası.

Neft-qaz sənayesi: geoloji kəşfiyyat, neft və qaz boru kəmərlərinin işinin texnoloji rejimlərinin monitorinqi, magistral boru kəmərlərinin layihələndirilməsi və s.

Yollar və avtomagistrallar, nəqliyyat: Nəqliyyat infrastrukturu və onun inkişafının idarə olunması, hərəkət vasitələri parkının idarəsi və loqistika, marşrutların optimallaşdırılması və yük axınlarının analizi.

O cümlədən: təhsil, seçki xidmətləri, səhiyyə, geodeziya və infrastrukturun maddi-texniki təminatı, kənd təsərrüfatı.

09.07.2020