Əşyalar interneti

Əşyalar interneti (ing. Internet of ThingsIoT) – xarici mühitlə və ya bir-biri ilə qarşılıqlı fəaliyyət üçün quraşdırılmış, texnologiyalarla təchiz olunmuş fiziki obyektlərin (“əşyaların”) hesablama şəbəkəsinin konsepsiyasıdır. Bu belə şəbəkələrin təşkilini iqtisadi və ictimai prosesləri yenidən qura bilən, hərəkət və əməliyyatlar hissəsindən insan iştirakının zərurətini xaric edən bir hadisə kimi qiymətləndirilir.


Əşyalar İnterneti bazarının perspektivləri

Əşyalar internetinin inkişafında ənənəvi olaraq, iki əsas istiqamət – sənaye və istifadəçi istiqamətləri mövcuddur. Sənaye və ya industrial əşyalar interneti (IIoT, Industrial Internet of Things) sistemi dərindən anlamağı və sistemlərin, aralarında onilliklərlə fərq olan fraqmentlərini birgə işləməyə məcbur etmək qabiliyyətinə malik olmağı tələb edir.  Şübhəsiz, gələcək uğuru müsbət istifadəçi təcrübəsinə və məhsulun cəlbedici dizaynına əsaslanan “İnsanlar üçün əşyalar interneti” (HIoT, Human Internet of Things) tez qurulan prototiplərə əsaslanmağı üstünlük verir. İnternetin infrastrukturu “əşyalardan”, kommunikasiya kanallarından və toplanmış məlumatları təhlil edən və cihazlara qərarlar “diktə edən” proqramlardan ibarətdir.
IoT-cihazların tətbiq olunacağı əsas istiqamətlər – sənaye, tibb və səhiyyə, kənd təsərrüfatı, ətraf mühitin qorunmasına qayğı. Analitiklərin proqnozlarına əsasən, 2020-ci ilədək əşyalar internetinə 25-30 mlrd. müxtəlif cihazlar qoşulmuş olacaq, bazarın həcmi isə on milyardlarla dollarla ölçüləcəkdir.

Əşyalar internetinin “Ağıllı” ötürücüləri artıq kənd təsərrüfatında və istehsalatda istifadə olunur, onların məhsuldarlığını dəfələrlə artırır, və ekspertlərin sözlərinə görə, növbəti 20 ildə sənaye əşyalar interneti dünya ÜDM-si 1,5 dəfə, yəni $10-dan 15 trln. qədər artıra bilər. Əşyalar interneti bizneslərin iqtisadi səmərəliliyi ilə yanaşı insanların həyat keyfiyyətini də artırır. Daşınan elektronikanın, fitnes-trekerlərin və insanın səhhəti barədə məlumat verən və bir çox hallarda müalicəni diaqnostika ilə əvəz olunmasına imkan verən “ağıllı” tibbi cihazların hazırlanmasının və tətbiqinın də gələcəyin trendi olacağı gözlənilir.

09.07.2020