Binaların informasiya modelləşdirilməsi

Binanın İnformasiya Modelləşdirilməsi - binanın tikintisi, təchiz edilməsi, istismarının təmin edilməsi və təmirinə (obyektin həyat siklinin idarə edilməsinə) bir yanaşmadır. Bu bina və ona aid olan hər şeyin vahid obyekt kimi qiymətləndirildiyi zaman bina haqqında, onun qarşılıqlı əlaqələri və asılılıqları ilə birgə bütün memar-konstruktor, texnoloji, iqtisadi və digər məlumatların layihələndirməsi prosesində yığılmasını və kompleksli işlənməsini nəzərdə tutur.

BİM-in üstünlükləri


Binanın İnformasiya Modelləşdirilməsi - binaların, o cümlədən onların daxili mühəndis sistemlərinin (ventilyasiya, istilik, su təchizatı, elektrik təchizatı və digərləri)  funksional 3D-modellərini yaratmağa imkan verən prosesdir, o, həmçinin memarlar, layihəçilər, podratçılar və layihənin digər iştirakçıları arasında məlumat mübadiləsi və əməkdaşlığı yeni səviyyəyə qaldırır.


İnşaat layihələrində informasiya modelləşdirməsi bütün sistemin 3D-modelini yaratmağa imkan verir və bunun sayəsində isə layihəçi və podratçılar ənənəvi iki ölçülü cizgilərlə müqayisədə son nəticənin daha bütöv mənzərəsini əldə edirlər. Yaradılan model artıq layihələndirmə mərhələsində binanın və onun bütün sistemlərinin real mənzərəsini qiymətləndirməyə imkan verdiyi üçün, layihəçilər alınmış avadanlığı n qurulacağı otağa uyğunluğunu yoxlaya bilərlər, bu həm onların məkanda yerləşdirilməsinə dair tələblər baxımından, həm də texniki və istismar baxımından baş verir.

BİM-Layihələr layihənin müxtəlif iştirakçıları arasında əməkdaşlıq üçün daha çox imkanlar yaradır və buna görə də layihəçilərə binanın konstruksiya həllini nəzərə almaq və müxtəlif sistemlər arasında kəsişmələrdən uzaq durmaq daha asan olur. Bu tikinti mərhələsində vaxta və pula qənaət edir, çünki mühəndisə qərarların faktiki tikintisi başlamazdan əvvəl iş modelini hazırlamağa və onu sınaqdan keçirməyə imkanı verir.

09.07.2020