Fotoqrammetriya

Fotoqrammetriya - Obyektlərin fototəsviri üzrə onların formasını, ölçüsünü, vəziyyətini və digər xarakteristikalarını təyin edən elmi-texniki fənndir. Fotoqammetriyanın iki əsas istiqaməti var: şəkillər üzrə Yer kürəsinin (və digər kosmik obyektlərin) xəritə və planlarının yaradılması, və memarlıq, tikinti, tibb, kriminalistika və s. tətbiqi məsələlərinin həlli.

 

Fotoqrammetriyanın tətbiq sahələri

 

Kartoqrafiya istehsalı, torpaqların kadastr uçotu: topoqrafik xəritələrinin yaradılması və yenilənməsi, kadastr xəritələrinin və planların topoqrafiya əsaslarının yaradılması.


Meşə təsərrüfatı: Meşə reyestrinin aparılması üçün xəritələrin yaradılması və yenilənməsi və s.


Kənd təsərrüfatı: Kənd təsərrüfatı sahələrinin inventarlaşdırılması, əkin sahələrinin qiymətləndirilməsi.

Geologiya: struktur geologiya məsələləri, geoloji proseslərin monitorinqi, geoloji tədqiqatlar və s.


Yanacaq-energetika sənayesi: yanacaq və enerjinin daşınmasının və hasilat obyektlərinin infrastrukturunun inkişafının inventarlaşdırılması, nəzarəti və planlaşdırılması üçün tematik xəritə və planların tərtib edilməsi.


Mühəndis tədqiqatları və layihələndirilmə: müxtəlif təyinatlı mühəndis obyektlərinin tədqiqatları, layihələndirilməsi, tikintisi və istismarı zamanı fotoqrammetrik işlərinin aparılması.


Regional və bələdiyyə idarəetməsi, ərazi planlaşdırılması və şəhərsalma: kartoqrafik materialların, sxemlərin, planların yaradılması və yenilənməsi, üçölçülü modelləşdirmə.


Ətraf mühitin mühafizəsi: Ətraf mühitin vəziyyətinə nəzarət, təhlükəli təbii hadisələrin və fövqəladə halların monitorinqi, FH-la mübarizənin səmərəli planlaşdırılması, fəsadların qiymətləndirilməsi.


Mədəni və təbii irsin qorunması: “Virtual irs”in mədəni və ya təbii obyektlərin rəqəmsal modelləri şəklində yaradılması.

09.07.2020